Latvala: Toyota arxayın olmamalıdır

Toyota komandasının sürücüsü Yari-Matti Latvala düşünür ki, 2023-cü ildə çempionluq uğrunda mübarizə daha çətin keçəcək.

F-1.az xatırladır ki, Toyota son illərdə çox güclüdür və keçən mövsüm Kalle Rovanpera ilə titul qazanıb. Lakin keçənilki çempionluq yaponiyalı istehsalçı üçün asan başa gəlməmişdi, çünki Hyundai mövsümün ikinci hissəsində yeddi yarışdan dördündə qalib gəlmişdi.

Latvala: “2023-cü il çətin keçəcək. Hyundai mövsüm ərzində inkişaf etdi. Buna görə də daha yaxşı işləməli və arxayın olmamalıyıq. Bu il də çempion olmaq istəyiriksə, işləməyə davam etməliyik.

Dekabrda qış testlərini bitirdik. İndi qış tətilindəyik, amma tezliklə hər şey yenidən başlayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*