22 Noyabr 2019, Cümə - 04:30

L.Stroll testlərə davam edir

L.Stroll testlərə davam edir

Müəllif: Rauf Hacıyev, redaktor

17:29 - 19 Yanvar, 2017

Williams komandasının debütant sürücüsü Ləns Stroll 2014-cü ilib bolidi FW36 ilə testlərə davam edir – bu həftə sürücü Malayziyanın Sepanq trasında çalışır.

F-1.az xatırladır ki, 18 yaşlı sürücünün atası Lourens Stroll oğlu Lənsin Formula1-ə yaxşı hazırlaşması üçün 80 milyon dollarlıq test proqramı təşkil edib.

Ləns uzun müddətdir ki, Williams-ın 2014-cü il bolidi ilə fərqli traslarda testlər edir və Formula1-ə ən yaxşı formada hazırlaşır. Kanadalı sonuncu dəfə Malayziyada test edərək, təcrübəsini bir az da artırıb. Gənc sürücü fevral ayında Barselonada keçiriləcək mövsümöncəsi testlərdən əvvəl Asiyada yerləşən iki fərqli trasda da testlər edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 060
Teqlər , ,
Paylaş

logo