Buna səbəb onun pit yolunda geri getməsi olub, yəni arxa ötürmədən istifadə edərək maşını saxlamaq üçün arxaya verib…
F-1.az xəbər verir ki, sıralanma turu bitdikdən sonra pit yolunda geriyə doğru hərəkət edən Lyuis Həmilton bir neçə dəqiqə əvvəl stüardların yanına çağırılıb və ona xəbərdarlıq edilib.
Qeyd edək ki, FİA-nın idman reqlamentinin 28.3-cü maddəsinə əsasən maşınlar heç vaxt pit yolunda geriyə doğru hərəkət edə bilməz. Həmiltona maşının harda park edilməsi yeri dəqiq göstərilmədiyi üçün stüardlar sadəcə xəbərdarlıqla kifayətləniblər.