26 Avqust 2019, Bazar ertəsi - 08:50

L.Həmilton yeni bolidləri bəyənmir?

L.Həmilton yeni bolidləri bəyənmir?

Müəllif: Rauf Hacıyev, redaktor

13:43 - 21 Fevral, 2017

Lyuis Həmilton Mercedes-in 2017-ci il bolidini botinkaya bənzədib.

F-1.az xatırladır ki, yeni mövsümdə texniki reqlamentdə ciddi dəyişikliklər olacaq və təkərlərin 25 faiz enlənməsi ilə asfaltayatma qüvvəsi artacaq. Yeni bolidlərin dövrə başına 5 saniyə sürətli olması gözlənilir.

Lyuis Həmilton yeni bolidləri – W08 ilə bağlı fikirlərini bölüşüb: “Bolidi aerodinamik boruda gördüm. Sözün açığı, ilk vəziyyətindən indiyə qədər bütün prosesi yaxından izlədim. 2009-cu ildə də bolidi ilk dəfə görəndə heç bəyənməmişdim. Amma sonradan gözüm öyrəşdi və gözəl görünməyə başladı. Məncə, 2017-ci ildə də eynisi olacaq. Hazırda bolid botinkaya bənzəyir. Çox böyük və enlidir. Əvvəlki illərə nisbətən çox böyükdür. Amma düşünürəm ki, enli təkərlər insanların xoşuna gələcək. Mən həmişə klassikanı sevmişəm. Kaş hər şey tez dəyişərdi və əvvəllər yarışdığımız bolidə qayıtsaydıq.

Əvvəllər bolidin idarəetməsi sizdə idi. İndi isə hər şeyi mühəndislərlə idarə edirik və boliddə işiniz rahat olur. Buna görə də keçmiş yarışları daha çox xoşlayıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 576
Teqlər , ,
Paylaş

logo