L.Həmilton: “Niki üçün idi”

Karyerasında 85-ci poulu qazanan Lyuis Həmilton bunu dostu Niki Laudaya həsr edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Monakoda son cəhdində mükəmməl dövrə vuraraq poul qazanıb. Beşqat Dünya Çempionu bu poulu yenicə dünyasını dəyişmiş Niki Laudaya həsr edib: “Son illərdə çox uğurluyuq. Ancaq onun kimi bir adam heç vaxt olmayacaq. Həm komanda, həm də mənimçün çətin həftə idi. Hədəf poul idi və bunu Nikiyə həsr etmək istəyirdik. Bu trası sevirəm. Bura mənim evimdir və Monakoda qalib gəlmək uşaqlıq arzumdur. Burada neçə dəfə qalib gəldiyim vacib deyil. Bu, hələ də xəyaldır. Bunun üçün hər şey edirsiniz. Maşın sərbəst yürüşlərdə güclü idi. Amma bu gün maşın cümə axşamına nisbətən zəif idi. Mükəmməl dövrə vura bilməsəm də, poul Niki üçün idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*