L.Həmilton mübarizə istəyir

Formula1 üzrə 3 qat Dünya Çempionu Lyuis Həmilton komandasının Barselona testlərindəki performansından razı qalıb.

F-1.az xatırladır ki, Mercedes komandası son 3 mövsümdə 59 yarışda 51 qələbə qazanıb və 3 dəfə həm sürücülər, həm də Mühəndislər Kubokunu qazanıb.

“Gümüşü oxlar” etibarlılıq cəhətdən son illərdə çox güclü olublar. Amma builki testlərdə Mercedes-də problemlər üzə çıxıb, düzdür, bu problemlər qısa müddət ərzində həll edilib.

Lyuis Həmilton: “Bizim üçün çətin qış dövrü sona çatdı. Keçən il bilmirəm necə idi, amma bu il özümü boliddə rahat hiss edirəm. Testlərdə yaxşı və pis günlərimiz oldu, amma lazımi məlumatları toplaya bildik. Valtteri də əla iş gördü. Qısa müddətdə komandaya uyğunlaşdı.

Digər komandalar da sürətli görünürlər. Xüsusən də Ferrari. Red Bull bəlkə də tam gücünü göstərmədi. Buna görə də onları gözardına vura bilmərik. Buna görə də bizi çətin mövsüm gözləyir.

Heç vaxt təkbaşıma çempion olmaq istəmədim. Rəqabəti sevirəm və bu il bunu tez-tez görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*