L.Həmilton: “Layiq olduğumuz yerdəyik”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, artıq layiq olduqları yerə qayıdırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışın əvvəlindən sonuna qədər hər şeyi nəzarətində saxlayaraq qələbəni çox rahatlıqla qazanıb. Beləliklə, dördqat Dünya Çempionu turnir cədvəlində yenidən liderliyə yüksəlib.

Lyuis Həmilton: “Özümü yaxşı hiss edirəm. Bu cür həftəsonuna görə komandaya minnətdaram. Bu gün komandadakılar əla iş gördülər. Təslim olmadan işləyirlər. Onlara və bazadakı işçilərə təşəkkür edirəm. Yarışdan həzz aldım. Fanatlar mükəmməl idi və bizi yaxşı dəstəklədilər. Hava da gözəl idi. Yağış ehtimalı var idi, lakin yağmaması əla oldu. Mənim üçün ən gözəl Fransa yarışı idi. Hazırda liderlik barədə düşünməsəm də, burada olmaq istəyirdim və yerimi qorumalıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*