L.Həmilton: “Formula1 doğru yolda deyil”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1 düz yolda deyil...

F-1.az xəbər verir ki, Formula1 üzrə son iki ilin Dünya Çempionu Lyuis Həmilton bildirib ki, MotoGP seriyası Formula1-dən daha maraqlı və həyəcanlıdır.

Britaniyalı sürücü Formula1-in doğru yolda olmadığı barədə verilən suallara belə cavab verib: “Bu mövzu barədə danışmaq istəmirəm, amma dediklərinizlə razıyam”.

Həmilton MotoGP barədə də danışıb və bildirib ki, o motosikletləri test etmək istəyir: “MotoGP çox baxımlıdır və adama həzz verir və onu deyə bilərəm ki, MotoGP-dəki yarışlar mübarizədən bol olur.

O motosikletlərdən birini test etmək istəyirəm. Onlardan birinin üstünə oturmaq üçün nələr verməzdim.

Bu mövsüm daha çox MotoGP yarışında iştirak etmək istəyirəm (azarkeş kimi). Bir mövsüm mən onlarla oldum və indi onlarla daha çox olmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*