L.Həmilton: “Ferrari bu gün güclü idi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bugünkü yarışdan sonra şokdadır.

F-1.az xatırladır ki, britaniyalı sürücü 0.65 saniyə fərqlə poul qazandıqdan sonra yarışın mütləq favoriti hesab edilirdi. Amma 4 qat Dünya Çempionu uzun müddət lider getdiyi yarışda virtual təhlükəsizlik maşınına görə 2-ci olub.

Lyuis Həmilton: “İnanılmaz həftəsonu idi. Buradakı fanlar çox emosionaldırlar və bizə dəstək verdilər. Hamısına təşəkkür edirəm. Mövsümə belə performansla başladığımız üçün sevincliyəm. Sebastyanı və Ferrari-ni təbrik edirəm. Bu gün bizdən güclü idilər. Yarış tempimiz yaxşı olsa da, Fettelin gerisinə düşdükdən sonra qumar oynamaq istədim. Ancaq ötmə çətin olduğu üçün işə yaramadı.

Yeni DRS sahəsi bizə kömək etmədi. İndi bu yarışı təhlil etməliyik. Rəqiblərimiz güclüdürlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*