12 Dekabr 2018, Çərşənbə - 07:36

L.Həmilton: “Əmin idim ki, daha yaxşı işləyə bilərəm”

L.Həmilton: “Əmin idim ki, daha yaxşı işləyə bilərəm”

Müəllif: Rauf Hacıyev, redaktor

02:27 - 21 Oktyabr, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ABŞ-da sıralanma turunda çox diqqətli olduğu üçün poul qazanıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Ostində əsas rəqibi Fetteli 0.061 saniyə qabaqlayaraq, ABŞ Qran Prisində 4-cü dəfə poul qazanıb.

Lyuis Həmilton: “Bilirdim ki, mükəmməl olmalıyam və bunun üçün mükəmməl dövrələr vurmalı idim. İlk dövrə yaxşı idi. Amma çox az fərqlə öndə idim. İkinci cəhdlərində nəticələri yaxşılaşacaqdı. Buna görə səhv edə bilməzdim. Keçmişdə bəzən son sessiyalardakı ikinci cəhdim yaxşı olmurdu. Diqqətimi topladım və son cəhdimdə əlimdən gələni etdim. Çox xoşbəxtəm. Bu gün özümü fərqli hiss edirdim. Bəlkə də çox yatdığım üçün beynim fərqli işləyirdi. Amma əla oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 193
Teqlər
Paylaş

logo