L.Həmilton: Azarkeşlərin pulu qaytarılmalıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton ümid edir ki, Belçika yaışına bilet alan azarkeşlərin pulları geri qaytarılacaq.

F-1.az xatırladır ki, Belçika yarışı yağışlı havaya görə baş tutmayıb. Lakin komandalar yarı xal alsın deyə sürücülər təhlükəsizlik maşınının arxasında iki dövrə vurublar və sürücülərə yarı xal veriblər. Həmilton finiş xəttini üçüncü yerdə keçərək, podiumu tamamlayıb.

Lyuis Həmilton: “Azarkeşlər üçün məyusam. Bu havaya görə heç kəsi günahlandırmaq olmaz. Ancaq azarkeşlər 4 saat ərzində yarışın başlamasını gözləyərək, sədaqətlərini göstərdilər. Bizi yenidən trasa çıxaranda bilirdilər ki, hava şəraiti yaxşı deyil. Sadəcə yarış protokollara düşsün deyə bizi təhlükəsizlik maşınının arxasında trasa yollayıb, iki dövrə vurdurdular. Ümid edirəm ki, azarkeşlərə pulları qaytarılar.

Trasda beş metr önünüzü görə bilmirdiniz. Öndəki maşın gözdən itirdi. Yəni ki, düzlüklərdə belə öndə yanıb-sönən qırmızı işığın nə olduğunu görmək çətin idi. Tam sürətlə gedə bilmirdik, çünki trasın hansı tərəfində olduğunu bilmirdik. Heyif. Yarışmaq istəyirdim. Yağış güclü olmasaydı, əla yarış keçərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*