L.di Montedzemolo: “Fettel Ferrari-yə lazımdır”

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Sebastyan Fettel Ferrari üçün çox vacibdir və böhran vəziyyəti qısa müddət ərzində həll olunacaq..

F-1.az RTL kanalına istinadən bildirir ki, Montedzemolo azarkeşlərdən səbirli olmalarını istəyib: “Formula1-də hər yarışda qalib gələ bilməzsiniz. Amma bundan da vacibi bu situasiyanı başa düşməkdir. Əgər siz qalib gələcəyinizdən əmin deyilsinizsə, jurnalistlərə bu yarışı qazanacam deməməlisiniz. Azarkeşləri ümidləndirib, məyus etməkdənsə, doğru olanı demək daha yaxşıdır.

Səbirli olmaq çox vacibdir. Komanda daxilində öz gücünə inam çox vacibdir. Mühəndislər və digər işçilər özlərinə güvənməli və uğursuzluq stresinə girməməlidirlər. Bunun hesabına uğur qazanmaq olar.

Fettellə tanış olanda anladım ki, Ferrari onun üçün çox vacibdir. O, komandanı sevir və çətin günlərdə Ferrari-yə kömək edə biləcək istedadları var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*