K.Rəykkönen: “Yenə səhv hesabladıq”

Sıralanma turunun ilk sessiyasında mübarizəni dayandıran Kimi Rəykkönen bildirib ki, Ferrari yenə də hesablamalarda səhvə yol verib… Kimi Rəykkönen: “Biz […]

Sıralanma turunun ilk sessiyasında mübarizəni dayandıran Kimi Rəykkönen bildirib ki, Ferrari yenə də hesablamalarda səhvə yol verib…

Kimi Rəykkönen: “Biz yumşaq təkərlərə qənaət etmək istəyirdik, ona görə də ilk sessiyada bərk təkərlərlə pis nəticə göstərmədik. Hesab etdik ki, bu nəticə ilə ikinci sessiyaya keçə biləcəyik. Amma təəssüf ki, yenə də səhvə yol verdik. Heyif, axı maşın özüün yaxşı aparırdı. Sözsüz ki, uğursuz nəticədir, amma sabah yaxşı yarışa ümid edirəm.”

Xatırladaq ki, komanda bu il Malayziyada eyni səhvə yol vermişdi – amma o zaman Felipe Massa komandanın səhv hesablamasının qurbanı olmuşdu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*