Komandalar və FİA razılaşmayıblar

Sky News telekanalı xəbər yayıb ki, Formula1 komandalarının və FİA prezidenti Maks Moslinin danışıqları bir qədər əvvəl başa çatıb. Berni […]

Sky News telekanalı xəbər yayıb ki, Formula1 komandalarının və FİA prezidenti Maks Moslinin danışıqları bir qədər əvvəl başa çatıb. Berni Ekklstoun artıq Hitrou aeroportundakı oteli tərk edib, jurnalistlər onun əhvalının heç də yaxşı olmamasını qeyd ediblər.

Britaniyanın Autosport qəzetinin yaydığı məlumata görə, həddən artıq vacib olan danışıqlar heç bir nəticə verməyib, çünki federasiya heç bir güzəştə getmək fikrində deyil və əvvəlki planlarını saxlayıb, yəni büdcənin 40 milyon funt sterlinq səviyyəsində məhdudlaşdırılması və faktiki olaraq iki sinif maşınlar üçün çempionatın təşkili. Maks Moslinin sözlərinə görə müzakirələr dostluq xarakteri daşısa da, FİA əvvəlki qərarlarını dəyişmək fikrində deyil. Komanda başçıları müzakirələri davam etdiriblər ki, FİA-ya yekdil cavab hazlırlasınlar.

Sky News Maks Mosliyə istinadən bildirib ki, Ferrari Fransa Məhkəməsinə müraciət edib və federasiyaya gələn ilin reqlamentinə dəyişiklik etməyə qadağa qoyulmasını tələb edib. Skuderiyanın rəhbərliyi təkid edir ki, FİA Ferrari-nin hüququnu pozub.

Yeni xəbərləri gözləyirik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*