Komandalar sprint yarışı ideyasının lehinə səs veriblər

Formula1 komissyasının iclasında motorların dondurulması ilə yanaşı, daha bir əhəmiyyətli mövzu da müzakirəyə çıxarılıb və qərar qəbul edilib.

F-1.az komissiyanın iclasında sprint yarışın keçirilməsi ideyası səsləndirilib. İştirakçılar bu qərarı da dəstəkləyiblər.

Təklif olunan formata əsasən, cümə günü nahardan əvvəl ilk sərbəst yürüş sessiyası baş tutacaq. Günün ikinci yarısı isə sıralanma turu keçiriləcək. Şənbə günü də cümə günündə olduğu kimi, səhər ikinci və son sərbəst yürüşlər baş tutacaq. Nahardan sonra isə sıralanma turunun nəticəsinə uyğun olaraq, sürücülər start düzlüyündə yerlərini alacaqlar və 1 saat davam edəcək sprint yarışında mübarizə aparacaqlar. Daha bir maraqlı qərar isə odur ki, bazar günü baş tutacaq əsas yarışın start düzümü məhz sprint yarışının finişinə uyğun olacaq.

Bu mövsüm sözügedən formatda 3 həftəsonunun baş tutacağı gözlənilir – Monreal, Montsa və İnterlaqosda bu format test ediləcək. Əgər dəyişiklik gözlənilən nəticəni verərsə və hər şey yaxşı gedərsə, biz növbəti ildən yeni formata keçidi görə bilərik.

Şayiələrə görə, spirint yarışında xallar ilk 8 sürücüyə, 15-12-10-8-6-4-2-1 sistemi üzrə veriləcək. Lakin bu, dəqiq məlumat deyil. Eyni zamanda, yeni format üçün təkər reqlamenti də təsdiq edilməyib.

Yeni sistemə keçidin əsas məqsədi azarkeşlərin diqqətini cəlb etməkdir – artıq hər həftəsonunda 3 əsas sessiya olacaq və bu da bilet satışlarına müsbət təsir etməlidir…

İclasda müzakirə edilən digər məsələ isə sürücülərin maaşlarının məhdudlaşdırılması olub. Lakin Komissiya bu ideya üzərində işləməyin lazım olduğu qənaətinə gəlib. Danışıqlar davam edəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*