Komandalar çıxış yolu tapmağa ümid edirlər

Formula1 komandaları federasiyanın rəhbərliyi ilə bugünkü danışıqların heç bir nəticə verməməsinə baxmayaraq, FİA-nı qane edəcək və məsrəflərin azaldılmasına yönəldilmiş qərarların […]

Formula1 komandaları federasiyanın rəhbərliyi ilə bugünkü danışıqların heç bir nəticə verməməsinə baxmayaraq, FİA-nı qane edəcək və məsrəflərin azaldılmasına yönəldilmiş qərarların birgə axtarışını qətiyyətlə davam etdirmək fikrindədirlər. Gələn il mövsümündə çıxış etmək üçün ərizələrin təqdimatının son tarixi mayın sonunda başa çatır, amma komandalar FİA-nı büdcənin məhdudlaşdırılması planalrından əl çəkməyə əmin edə bilməyiblər. Hitrouda Maks Molsi ilə görüşdən sonra komanda başçıları daha bir görüş keçiriblər, artıq FOTA çərçivəsində, amma hələlik konkret plan hazırlaya bilməyiblər.

Bu iclasdan sonra heç bir şərh verilməyib, amma Ferrari-nin başçısı Stefano Domenikali nikbin görünüb, çünki komandalar bir daha yekdilliklərini qoruyublar və böhrandan çıxış yolunu birgə axtarmaq niyyətindədirlər…

Stefano Domenikali: “İş gedir, biz məsələnin həlli yollarını axtarırıq. Mən hesab edirəm ki, bu gün komandalar bir daha yekdillik nümayiş etdirdilər. Biz öz mövqeyimizi bildirdik, bu çox vacib idi.”

Danışıqların növbəti mərhələsi Monako Qran Prisi günlərində baş tutacaq.

Domenikali qeyd edib ki, FİA ilə qarşıdurmanın səviyyəsi büdcənin məhdudlaşdırılması problemindən daha dərindir: “Məncə, məsələ yalnız bunda deyil. Biz digər məsələləri də müzakirə etməliyik, yəni idmana rəhbərliklə və bu rəhbərliyin metodları ilə əlaqəli məsələləri də müzakirə etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*