Karlos Sayns hələ öz gələcəyi barədə qərar verməyib

Karlos Saynsın Williams-la müqaviləsi 2026-cı ilin sonunda başa çatır. İspaniyalı sürücü bildirib ki, yay fasiləsi zamanı karyerasını davam etdirməyin alternativləri barədə düşünməyi planlaşdırır.

Karlos Sayns: “Düzünü desəm, mən hələ nə vaxt yekun qərarın veriləcəyini bilmirəm. Konkret bir tarix göstərə bilmərəm, amma əvvəl dediyim kimi, bu məsələni komandamla sakit şəkildə müzakirə etmək üçün yay fasiləsini gözləməyi planlaşdırıram.

Biz Ceyms Vaulz və digər üzvlərlə komandanın gələcəyi və mənim oradakı rolum haqqında danışacağıq. Düşünürəm ki, məhz yayda qərar qəbul etməyə başlayacağıq və vəziyyətin necə formalaşdığını daha yaxşı anlayacağıq. Amma bunun dəqiq nə vaxt baş verəcəyini hələ deyə bilmərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*