K.Sayns: “Televizorda göstərilməmək qəribədir”

McLaren komandasının sürücüsü Karlos Sayns televiziyada az göründüyü üçün narahatdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il mükəmməl performans göstərərək, mövsümü altıncı yerdə bitirib. Mövsümün son yarışı olan Əbu Dabidə Hülkenberqə son dövrədə hücum edən və altıncı yeri təmin edən Saynsın bu hücumu da televiziyada göstərilməmişdi.

Karlos Sayns: “Mənimçün həyəcanlı son dövrə idi. Dünya Çempionluğuna bərabər idi. Ancaq bu barədə çox danışmayacam. Keçən həftə hamı Sürücülər Çempionatında kimin üçüncü olacağını maraqla gözləyirdi. Son dövrələrdə, hətta, son döngələrdə mübarizə oldu. Ancaq bunu televizorda göstərmədilər. Bu, çox qəribə idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*