K.Sayns: İnkişaf etmişəm

McLaren ilə son yarışına çıxan Karlos Sayns özünü daha güclü sürücü hesab edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü McLaren ilə ardıcıl ikinci mövsümdə altıncı oldu və britaniyalı komanda ilə hekayəsini yaxşı sonlandırdı.

Karlos Sayns: “Bu gün komanda üçün gözəl gün idi. Hamımıza təbrik düşür, çünki çətin mövsüm geridə qaldı. Bu gün yarış darıxdırıcı olsa da, təhlükəsizlik maşınından sonra bir az intriqa yarandı.

Hər yarış təkmilləşdiyimi hiss edirəm. Komanda arxamda idi. Mənə hər şəraiti yaratdılar. Belə olan halda, idmançı hər çətin şəraitdə mübarizə apara bilər. Mənə əvvəldən inanan Zek Brauna təşəkkür edirəm. Son 6-7 yarışda inkişafımız yaxşı idi. Son yarışlarda həmişə yeddilikdə idik. Nəticədən razıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*