14 Dekabr 2018, Cümə - 00:11

K.Rəykkönən: “Startdakı hadisələrdən sonra 5-ci olmaq fəlakət deyil…”

K.Rəykkönən: “Startdakı hadisələrdən sonra 5-ci olmaq fəlakət deyil…”

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

14:11 - 17 Aprel, 2016

Skuderiyanın sürücüsü Kimi Rəykkönən Çin Qran Prisində komanda yoldaşı Sebastyan Fettellə ilk döngədə baş verən toqquşmadan sonra finiş xəttini 5-ci keçməyin elə də pis nəticə olmadığını deyib.

F-1.az xəbər verir ki, Ferrari komandasının pilotları Kimi Rəykkönen və Sebastyan Fettel ilk döngədə toqquşublar. Toqquşmadan sonra Rəykkönən peletonun sonuna düşsə də, yarışın finişində 5-ci olmağı bacarıb…

Kimi Rəykkönen: “Startda təmasımız oldu və mən sonuncu yerə qədər gerilədim. Son sıralarda  yarışı davam etdirmək elə də asan deyildi. Yarışın əvvəlində çətinliklər yaşasam da, sona qədər getməyə çalışdıq və bir çox yer qazandıq. Yarışı 5-ci yerdə bitirmək istədiyimiz nəticə olmasa da, bu nəticəni fəlakət adlandıra bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər , , ,
Paylaş

logo