K.Rəykkönen: “Fransada heç nə dəyişməyəcək”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen 10 ildən sonra təqvimə qayıdan Fransada maraqlı yarış gözləmir.

F-1.az xatırladır ki, Avropa mövsümü başlayandan azarkeşlər maraqlı yarış izləyə bilməyiblər.

Kimi Rəykkönen: “Daha əvvəl bu trasda testlər etdim. Burada fərqli konfiqurasiyalar sınaqdan keçirilib. Çox uzun və qısa olduğu dövrləri xatırlayıram. Ferrari və McLaren ilə burada çoxlu dövrələr vurmuşam. Burada hər şey o dəqiqə dəyişməyəcək. Ötmələr yenə çətin olacaq. Keçmişdəki testləri xatırlayanda belə olacğını düşünürəm. Cümə günü hər şeyi daha yaxşı anlayacağıq. Burada ilk dəfə yarışacaq pilotlar var. Buna görə proqnoz vermək çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*