K.Maqnussenin Haas-ın bazasında ilk günü (video)

Dünən Haas komandasının mətbuat xidməti Maqnussenin yeni kombinezonda şəkillərini yaymışdı. Bu dəfə isə komandanın rəsmi Twitter hesabında danimarkalı sürücünün komandanın bazasında keçirdiyi ilk gün barədə video yayımlanıb. Baza Şimali Karolina ştatının Kannapolis şəhərində yerləşir.

F-1.az bildirir ki, video hər kəsin gözlədiyindən fərqli alınıb. Kevin əvvəlcə komandanın rəhbəri Günter Ştaynerin qapısının qabağında gözləyir. Sonra isə onu printerlə işləyərkən, karandaşları itiləyərkən və hətta döşəməni tozsoranla təmizləyərkən görürük. Deyəsən bütün bunları elə komandanın rəhbəri tapşırıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*