J.Vilnöv: Hər şeyə cəza verməzlər

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Həmiltonla Ferstappen bir-birlərinə qarşı təmiz yarışırlar.

F-1.az xatırladır ki, Silverstounda və Montsada iki sürücü arasında təmas yaşanıb. Montsadakı insidentə görə Ferstappen cərimələnib və o, Rusiya yarışının startında 3 yer itirəcək.

Jak Vilnöv: “Ferstappenə cəza verilməməli idi. Montsadakı insidentdə ikisində də səhv var idi. Ferstappen aqressiv idi və şikanı kəsə bilərdi. Belə olan halda geriyə düşəcəkdi. Ancaq Lyuis də 10 santimetr yer buraxa bilərdi. O, öndə qalmaq istədi. Belə hallarda cəza vermək olmaz. Red Bull-un təkəri Həmiltonun başına dəydiyi üçün cəza verdilər. Stüardlar dedilər ki, qəzanın nəticələrinə görə cərimə verməyiblər. Amma elə deyil. Məncə, orada bilərəkdən heç nə olmamışdı. Səhvlər olur və belə hallarda cəzaların verilməsinə məyus oluram.

Ferstappen həmişə aqressivdir. Həmiltonla yarışanda lap aqressiv olur. Onlar mübarizə aparanda isə media şişirtməyə başlayır. Bu, Formula1-in bir hissəsidir. Hər dəfə cəza verəcəklərsə, artıq yarış olmayacaq, çünki heç kim bir-birini keçmək istəməyəcək.

Məncə, sakitləşməməlidirlər. Niyə sakitləşsinlər? Bu, mübarizədir və onlar qladiatordurlar. Bir-birlərini qabaqlamaq istəyirlər.

Onlar Senna və Prost kimi deyillər. Onlar rəqabətdə sərhədləri keçirdilər və çirkli mübarizə aparırdılar. Lyuislə Maks elədir? Xeyr!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*