J.Vilnöv: Ferrari Sürücü Akademiyasını ciddiyə almıram

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Ferrari Sürücü Akademiyası pilotları pulla götürür.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən peletonda Ferrari sürücü akademiyasından 3 sürücü – Lekler, Covinatsi və Şumaxer – olacaq.

Jak Vilnöv: “Leklerdən başqa bütün sürücülər oraya pulla girdilər. Oraya sponsorsuz daxil olan tək adam o idi. Digərlərinin isə yaxşı pulu və ya sponsoru var idi. Düzdür, adamda gərək istedad da olsun, lakin o uşaqlar Ferrari olmadan da yaxşı karyera qura bilərdilər.

Mik soyadına görə üzərində təzyiq hiss edir və buna görə də onun vəziyyəti digər sürücülərdən fərqlənir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*