Honda mühərriklərdə bəzi dəyişikliklər edəcək

Honda növbəti Rusiya yarışı üçün mühərrikin elektriklərində və proqramlaşdırılmasında dəyişikliklər edib.

F-1.az xatırladır ki, Maks Ferstappen son iki yarışda elektrik problemlərinə görə mübarizəni dayandırıb. Buna görə də Honda-nın mühəndisləri növbəti yarışlarda bu problemlərin təkrarlanmaması üçün tədbirlər görüb.

Honda-nın texniki direktoru Toyoharu Tanabe bu haqda belə danışıb: “Mucello yarışından sonra Maksın nəyə görə mübarizəni dayandırdığını araşdırdıq. Araşdırmadan sonra məlum oldu ki, problemin bir neçə səbəbi var. Bundan sonra bu problemləri həll etdik”.

Honda plana sadiq qalaraq, Rusiyada güc qurğusunun bəzi elementlərini dəyişəcək və bu, böyük ehtimalla builki son dəyişiklik olacaq. Bu yeniliklərin Mucellodakı problemlərlə heç bir əlaqəsi yoxdur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*