Honda 2022-ci il mühərriyindən istifadə edəcək

Honda bu mövsüm Red Bull-la çempion olmaq üçün 2022-ci il motoru ilə yarışmağı planlaşdırır.

F-1.az xatırladır ki, yaponiyalı mühərrik istehsalçısı bu ilin sonunda idmandan gedəcək. Honda-nın Formula1 üzrə direktoru Masaşi Yanamoto bu barədə belə danışıb: “Bu, ayrılma qərarımızla bağlı deyil. Rəqiblərimizin performansına görədir. Mercedes-in performansı yaxşı və balanslıdır. Bunu dəyərləndirəndə qərar verdik ki, güc qurğusunda dəyişiklik etməliyik”.

Honda-nın Formula1 üzrə texniki direktoru Toyoharu Tanabe isə bunları deyib: “Bu hədəfə hələ çatmamışıq. Lakin bu, 2021-ci ildə reallaşa bilər. Honda şirkəti yarışmağı sevir. Motivasiyamız olmasaydı, son mövsümümüz olan 2021-ci ildə işləməzdik və 2020-ci il motoru ilə yarışardıq. Ancaq biz son mövsümümüzdə belə maksimum nəticə üçün işləyəcəyik. Buna görə də 2022-ci il güc qurğusu ilə bu il yarışacağıq. İşçilərimiz motivasiyalıdır. Sakurada ya da Milton Kində neqativ hal yoxdur. Əksinə ab-hava yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*