21 Sentyabr 2019, Şənbə - 17:18

H.Kovalaynen McLaren-in şanslarını qiymətləndirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

23:52 - 22 May, 2009

Heykki Kovalaynen McLaren-in inkişafını şişirtmir, hətta komanda Monako Qran Prisində güclü çıxış etsə belə, o hesab edir ki, trasın xarakteristikası […]

Heykki Kovalaynen McLaren-in inkişafını şişirtmir, hətta komanda Monako Qran Prisində güclü çıxış etsə belə, o hesab edir ki, trasın xarakteristikası MP4-24-ə çox uyğun gəlir…

Heykki Kovalaynen: “İnanmıram ki, güclü çıxış edək. Aydın məsələdir ki, maşına sürət çatmır, amma Monakoda vəziyyət Barselonada olduğundan yaxşı ola bilər. Biz bir çox yenilik hazırlamışıq, ona görə əvvəlcə baxaq görək sərbəst yürüşlər necə keçəcək. Məlum olduğu kimi əvvəlki yarışda bütün komandalar maşınlarını yeniləmişdilər, amma biz də daim yenilikləri tətbiq edirik. Ümid edirəm ki, hətta rəqiblərimizdən də çox.

Hamı görür ki, biz mövsümün əvvəlində liderlərdən geriqalmanı indi sürətlə azaldırıq, amma bu məni təəccübləndirmir. Çünki komanda işinin öhdəsindən əla gəlir. Məncə, komanda bütün problemləri həll edə bilər, ona görə də mən nəticələrin yaxşılaşdığını gözləyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 312
Teqlər
Paylaş

logo