Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +38° C
Sıralanma turundan əvvəl dörd sürücü bilirdi ki, sabahkı yarışın startında yer itirəcəklər: Vitaliy Petrov Koreyada Mixael Şumaherlə toqquşmaya görə 5 yer itirməklə cərimə olunmuşdu, Lyuis Həmilton və Serxio Peres uik-endin gedişində sarı bayraqlara məhlə qoymadıqlarına görə 3 yer itirməklə cəərimə olunmuşdular və sıralanma turundan əvvəl Daniel Rikkardonun maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirməklə cərimə olunmuşdu.
Pirelli-nin komandalara təqdmi etdiyi Hard və Soft tərkiblərinin sürət fərqi bu dəfə çox böyük alınıb – təxminən iki saniyə, ona görə də komandalar çətin məsələnin həlli qarşısında dayanıblar – start mövqeyini qurban vermədən maksimum yumşaq təkər dəstinə qənaət etmək.
Birinci sessiyada Timo Qlokun maşınında ötürmələr qutusu imtina edib – almaniyalı sürücü boksa qayıtmalı olub, Timo 107%-lik səddi aşa bilməyən yeganə sürücü olub. Top-komandalar Hard tərkibindən, digərləri isə Soft tərkibindən istifadə ediblər. Protkollara isə yumşaq təkərlərlə Vitaliy Petrov başçılıq edib, mübarizəni yeni komandaların sürücüləri ilə birlikdə Kamui Kobayaşi dayandırıb.
İkinci sessiyada hamı Soft təkərlərinə keçib, Red Bull, McLaren, Ferrari sürücüləri və Niko Rosberq bir cəhdlə kifayətləniblər. Protokollara Sebastyan Fettel başçılıq edib, mübarizəni isə Lotus Renault GP, Williams sürücüləri ilə birlikdə Şumaher, di Resta və Peres dayandırıblar.
Sonuncu sessiyada Sutil, Buemi və Algersuari nəticə göstərməyiblər, digər sürücülər isə poul uğrunda mübarizə aparıblar. Son cəhdində Felipe Massa 9-cu döngənin çıxışında porebrikə hücum zamanı sağ ön təkərin asılqanını dağıdaraq trasdan çıxıb. Poulu isə Sebastyan Fettel qazanıb – mövsümdə 13-cü, karyerasında 28-ci. Həmilton ikinci olsa da, yarışa beşinci yerdə başlayacaq, ona görə də ilk start cərgəsi bütünlüklə Red Bull-un olacaq.
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | S.Fettel | Red Bull | Renault | 02 | 1:26.218 | 01 | 1:24.657 | 1:24.178 | abs |
02 | L.Həmilton | McLaren | Mercedes | 08 | 1:26.563 | 02 | 1:25.019 | 1:24.474 | + 0.296 |
03 | M.Uebber | Red Bull | Renault | 06 | 1:26.473 | 04 | 1:25.282 | 1:24.508 | + 0.330 |
04 | F.Alonso | Ferrari | Ferrari | 11 | 1:26.774 | 03 | 1:25.158 | 1:24.519 | + 0.341 |
05 | C.Batton | McLaren | Mercedes | 03 | 1:26.225 | 05 | 1:25.299 | 1:24.950 | + 0.777 |
06 | F.Massa | Ferrari | Ferrari | 15 | 1:27.012 | 06 | 1:25.522 | 1:25.122 | + 0.944 |
07 | N.Rosberq | Mercedes GP | Mercedes | 05 | 1:26.364 | 07 | 1:25.555 | 1:25.451 | + 1.273 |
08 | A.Sutil | Force İndia | Mercedes | 04 | 1:26.271 | 08 | 1:26.140 | – | – |
09 | S.Buemi | Toro Rosso | Ferrari | 09 | 1:26.608 | 09 | 1:26.161 | – | – |
10 | X.Algersuari | Toro Rosso | Ferrari | 07 | 1:26.557 | 10 | 1:26.319 | – | – |
11 | V.Petrov | Lotus Renault GP | Renault | 01 | 1:26.189 | 11 | 1:26.319 | – | – |
12 | M.Şumaher | Mercedes GP | Mercedes | 12 | 1:26.790 | 12 | 1:26.337 | – | – |
13 | P.di Resta | Force İndia | Mercedes | 14 | 1:26.864 | 13 | 1:26.503 | – | – |
14 | P.Maldonado | Williams | Cosworth | 13 | 1:26.829 | 14 | 1:26.537 | – | – |
15 | B.Senna | Lotus Renault GP | Renault | 10 | 1:26.766 | 15 | 1:26.651 | – | – |
16 | R.Barrikello | Williams | Cosworth | 17 | 1:27.479 | 16 | 1:27.247 | – | – |
17 | S.Peres | Sauber | Ferrari | 16 | 1:27.249 | 17 | 1:27.562 | – | – |
18 | K.Kobayaşi | Sauber | Ferrari | 18 | 1:27.876 | – | – | – | – |
19 | H.Kovalaynen | Team Lotus | Renault | 19 | 1:28.565 | – | – | – | – |
20 | Y.Trulli | Team Lotus | Renault | 20 | 1:28.752 | – | – | – | – |
21 | D.Rikkardo | Hispania | Cosworth | 21 | 1:30.216 | – | – | – | – |
22 | N.Kartikeyan | Hispania | Cosworth | 22 | 1:30.238 | – | – | – | – |
23 | J.D’Ambrozio | Marussia Virgin | Cosworth | 23 | 1:30.866 | – | – | – | – |
24 | T.Qlok | Marussia Virgin | Cosworth | 24 | 1:34.046 | – | – | – | – |