Hindistan avtodromunun tikintisi planauyğuna gedir

Koreya Qran Prisi ətrafında keçən il Formula1 dünyası təlatümlü anlar yaşamışdı, çünki trasın tikintisi uik-endə bir gün qalmış başa çatmış, […]

Koreya Qran Prisi ətrafında keçən il Formula1 dünyası təlatümlü anlar yaşamışdı, çünki trasın tikintisi uik-endə bir gün qalmış başa çatmış, bəzi işlər isə hətta uik-endin gedişində davam etmişdi. Bu il çempionat birinci dəfə Hindistanın qonağı olacaq. Eyni problemlərin təkrar olunmaması üçün təminat varmı?

Son xəbərlərə görə, Nyu Dehli aeroportundan 60 km uzaqlıqda yerləşən Buddh İnternational Circuit adını almış trasın tikintisi planauyğun gedir. Bu günlərdə FİA-nın yarış direktoru Çarli Uaytinq trası təftiş edib və ümumən gördüklərindən razı qalıb. Asfaltın döşənməsi hələ heç başlamayıb, qoruyucu baryerlər və təhlükəsizlik zonaları yoxdur, avtodromun ətrafında kğməkçi yollar çəkilməyib – bir sözlə, hələ çox iş görülməlidir, amma Uaytinqi bu qorxutmur.

Çarli Uaytinq: “Belə bir obyektin təftişi pis təsir bağışlamır. Hər şey tikinti meydançasını xatırladır, doğrudan da iş gedir, hər şey göz qabağındadır.

Mən Koreya trası ilə məşğul olan insanların xətrinə dəymək istəmirəm, amma birinci dəfə o trasa düşəndə, yəni keçən ilin iyul ayında, iş gedirdi, amma həm tras yox idi, həm də trasda işləyən insanlar. Burda isə vəziyyət tam əksinədir. Hazırda trasda 6500 adam çalışır və mövsümün ilk Hindistan Qran Prisi oktyabrın sonunda baş tutmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*