Həmiltona yeni dəbilqə üçün 8000-dən çox eskiz göndərilib

Sürücü artıq müsabiqənin başa çatdığını bildirib və bütün azarkeşlərinə təşəkkür edib.

F-1.az xəbər vermişdi ki, üçqat dünya çempionu bu mövsüm istifadə edəcəyi dəbilqənin dizaynı ilə bağlı azarkeşlərdən kömək istəyib və müsabiqə elan edib.

Lyuis Həmilton: “İnanırsız, 8000 eskiz! Həqiqətən də bəzi variantlar çox maraqlıdır. Artıq müsabiqə başa çatıb və mən indi onlara baxmaq və ən xoşuma gələni seçmək niyyətindəyəm. Baxılmalı olan çox şey var və bu, vaxt tələb edir. Lakin ümid edirəm ki, yaxın günlərdə qalibi elan edərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*