Haas yenidən onluğa qayıtmağı hədəfləyir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2022-ci ildəki əsas həddəfləri xallar almaqdır.

F-1.az xatırladır ki, Amerika təmsilçisi bu il heç bir yarışdan xal ala bilməyib və idmana gəldikləri 2016-cı ildən bəri ilk dəfə mövsümü xalsız bağlayıblar.

Günter Ştayner: “Əbu Dabidəki son yarışda yaxşı performans göstərdik. Komandanın ən yaxşı yarışlarından biri idi. Komanda olaraq işləməyi unutmamışıq. Sürətli maşınımız olsa, yenidən xallar uğrunda mübarizə aparacağıq. Keçən il onsuz da bunu etmişdik. Bilirik ki, bu işlər necə olur. Sadəcə 2021-ci ildə onluğa düşə bilmədik. Sürücülərimiz çox şey öyrəndi və komanda mübarizə aparmağa hazırdır. Ümdi edirəm ki, yeni bolidimiz sürətli olar.

İnkişaf edəcəyik, çünki bundan daha pis nəticə göstərə bilmərik. Hazırda hər şey qaydasındadır. Yeni maşın üzərində gedən işlərdən razıyam, amma nə edəcəyimizi bilmirəm. Bu bolid ikiillik bolid idi. Buna görə xal qazana bilmədik. Sürücülərimiz bizə gevən verir. Vəziyyətə pozitiv yanaşıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*