Haas komandası FİA-nın çarpma testlərini keçib

Haas komandasının mətbuat xidməti komandanın rəsmi tvitter bloqunda bildirib ki, komandanın yeni maşını FİA-nın məcburi çarpma (krəş) testlərini uğurla keçib...

F-1.az xatırladır ki, keçən ilin sonunda çempionatda debüt edəcək Amerika komandasının başçısı Günter Ştayner bildirmişdi ki, yeni maşının testləri yanvarın 7-8-nə planlaşdırıb. Ona görə də, komanda doğrudan da qrafikə uyğun olaraq çempionata hazırlığını davam etdirir.

Yeni maşının təqdimatı isə mövsümöncəsi testlərin başlanmasından bir gün əvvələ, yəni fevralın 21-nı planlaşdırılıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*