H.Marko Rikkardoya dəstək olub

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko düşünür ki, Daniel Rikkardonu dəyərsiz görmək olmaz.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Red Bull Sürücü Akademiyasının yetirməsidir. Hazırda McLaren-də yarışan “bal porsuğu” ləqəbli sürücü gözləntiləri qarşılaya bilmir.

Helmut Marko: “Daniel hələ də McLaren-də çətin dövrlərdən keçir. Lakin onun bitdiyini demək səhvdir. Onun nəyə qadir olduğunu bilirik. Bu, sadəcə 2014-cü ildə Fetteli məğlub etməsinə görə deyil. Red Bull-da ondan başqa heç kim Ferstappen səviyyəsində sürmədi və o dövrlərin üstündən çox keçməyib. Ona uğurlar arzulayıram, ancaq bizim iki sürücüdən sonra üçüncü olsa, bəsdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*