Gələn ildən biometrik əlcəklərdən istifadə oluna bilər

Gələn ildən etibarən tibb işçilərinə kömək məqsədi ilə Formula1-də biometrik əlcəklərdən istifadə oluna bilər.

F-1.az xəbər verir ki, 2 mm qalınlığı olan sensor gələn ildən etibarən sürücülərin əlcəklərinə yerləşdiriləcək. Sensor əvvəl sürücülərin ürək döyüntülərini və qandakı oksigen dəyərini ölçəcək, amma gələcəkdə bədən temperaturunun və nəfəsalma sürətinin də ölçülməsi gözlənilir.

Mercedes, Red Bull və Ferrari bu sensorları Macarıstan Qran Prisində sınaqdan keçirmişdilər.

FİA-nın F1-də tibbi nümayəndəsi İan Roberts bu barədə danışıb: “Qəza vaxtı sürücülərin vəziyyətindən ən qısa müddətdə xəbərdar olmaq istəyirik. Hazırda ancaq qəzadan sonra bunu tətbiq edə bilirik. Bundan başqa, elə olur ki, sürücüdən o dəqiqə xəbər ala bilmirik. Belə olan halda, əlimizə məhdud sayda məlumat gəlir. Məsələn, 2015-ci ildə Soçidə Karlos Saynsın qəzası kimi…”

Xatırladaq ki, Karlos Sayns həmin yarışda ağır qəza edərək baryerlərin altına girmişdi və onun vəziyyətini anlamaq çətin idi.

İan Roberts: “Onun yanına gedənə qədər görmək mümkünsüz idi. Baryerlər götürülənə qədər onun haqqında məlumat ala bilmədik. Onu o dəqiqə görüntüləyə bilsəydik, xilasetmə əməliyyatlnı daha yaxşı planlaşdıra bilərdik. Bu yeni texnologiya hesabına sürücü qəza keçirən kimi fiziki məlumatlar və biometrik bilgilər bizə çatacaq. Buna görə də ilk reaksiyasını və tibbi sahəyə gətirilənə qədər olan prosesi görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*