Gələn il Fudzi Qran Prini qəbul edə bilməyəcək?

Yaponiyanın ən böyük qəzetlərindən biri Mainichi Shimbun bu gün xəbər yayıb ki, Toyota şirkəti 2010-cu ildə Yaponiya Qran Prisinin Fuji […]

Yaponiyanın ən böyük qəzetlərindən biri Mainichi Shimbun bu gün xəbər yayıb ki, Toyota şirkəti 2010-cu ildə Yaponiya Qran Prisinin Fuji Speedway trasında keçirilməsindən imtina edə bilər. Maliyyə böhranı avtomobil sənayesinə maksimum ziyan vurub, avtoşirkətlərin, o cümlədən Toyota-nın, gəlirləri çox aşağı düşüb, əlbəttə, belə bir vəziyyət özünü Formula1-də də göstərməlidir…

Fudzi trası Toyota-ya məxsusdur və AFP agentliyinin məlumatına görə, şirkətin rəhbərliyi bu xəbəri nə təsdiq edir, nə də təkzib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*