G.Ştayner: “Təcrübəsizliyimizə görə səhv etdik”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, pit-stop məşqləri edə bilməyiblər.

F-1.az xatırladır ki, Haas komandasının sürücüləri Avstraliyada 4-cü və 5-ci yerdə gedərkən pit-stopda etdikləri səhvə görə xalsız qalmışdılar.

Günter Ştayner: “Komanda olaraq səhv etdik. Bolid üzərində çox işləsək də, pit-stop məşqləri etmədik. Bəhreyndə bu hal təkrarlanmamalıdır. Çox dəyərli xalları belə itirməməliyik. Keçən ilin ikinci yarısında əla pit-stoplar edirdik və ən yaxşılardan idik. Avstraliyada təcrübə azlığından səhv etdik və bir də təkrarlanmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*