G.Ştayner sürücülərindən razıdır

Haas komandasının rəhbəri Günter Ştayner sürücüləri Kevin Maqnussen və Roman Qrojandan razıdır.

F-1.az xatırladır ki, amerikalı komanda ilk 3 yarışdan 11 xal toplayaraq, Mühəndislər Kubokunda 7-ci yerdə qərarlaşıb.

Günter Ştayner: “Hazırda sürücülərimizlə yeni müqavilə barədə danışmaq üçün doğru zaman deyil. İkisi də əla yarışır və onlarla işlədiyimiz üçün xoşbəxtik. Bu il bacardıqca çox xal toplayıb özümüzü təkmilləşdirməyə davam etməliyik.

Maqnussenin komanda tərəfindən istifadə edilə biləcək birillik opsiyonu var və növbəti yarışlarda bu barədə düşünəcəyik. Hazırda ikisindən də razıyıq və onlarla davam etmək bizi xoşbəxt edər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*