Haas Hülkenberqin hədəflərini qarşılaya bilməz

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Haas komandası Niko Hülkenberqin hədəfini qarşılayacaq gücdə deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücünün Haas-a getməsi gözlənilsə də, bu, baş tutmamışdı.

Siril Abitebul
: “Nikonun karyerası artıq o mərhələdə deyil. O, Formula1-də qalmaq xatirinə yarışmaq istəmir. O, mübarizə aparmaq istəyir və hədəfləri var. Niko peşəkardır və təcrübəlidir. Haas-a hörmətsizlik etmək istəmirəm, ancaq orada istədiyi nəticələri ala bilməz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*