G.Ştayner büdcə limitinin artırılmasının əleyhinədir

F-1.az xəbər verir ki, Haas komandasının rəhbəri infilyasiyaya baxmayaraq, 140 milyon dollarlıq büdcənin kifayət edəcəyi düşüncəsindədir.

Günter Ştayner: “Mən düşünürəm ki, büdcə limiti sayəsində F1-də rəqabət artıb. Düzdür, bu yeni reqlamentdən də asılıdır, lakin məhz məhdud büdcələrə görə komandalar bir-birilərinə yaxınlaşıblar. Böyük komandalar hələ qabaqdadırlar, amma üstünlükləri elə də çox deyil. Bizdən o qədər də öndə deyillər və səbəbi büdcə limitləridir. Limitlər elə bu məqsədlə təyin edilib. İlk 6 yarışda artıq bütün komandalar xal qazana bilmişdi. İndi imkanlar baxımından daha yaxınıq.

Bunu qüvvədə saxlamaq üçün bütün səyləri göstərməliyik, çünki idmanı daha maraqlı edəcək. Gələcəkdə orta səviyyəli komandalar da podiuma yüksələ, hətta qələbə uğrunda mübarizə apara biləcəklər. Baxmayaraq ki, infilyasiyanın proqnozlaşdırılandan yüksək olmasına görə müəyyən razılıqlara gəlmişik, limitin artırılmasını istəmirik. Sadəcə vəziyyət ağırdır, bütün dünya bundan narahatdır, biz də müəyyən güzəştlərə getdik, limit bir qədər fərqli oldu.

Lakin gələcəkdə vəziyyətin nəzarətdən çıxmaması, pullu komandaların daha çox xərcləməsinin qarşısını almaq üçün daha diqqətli davranmalıyıq. Yoxsa kiçik komandalar onlarla ayaqlaşa bilməyəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*