G.Berger: “Ferrari səhv etdi”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Ferrari bu il Fettelə işləməklə səhv edir.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümün ilk 3 yarışında açıq aydın Fettelin xeyrinə komanda əmri veriblər.

Gerhard Berger: “Məncə, hazırda hər şey çox açıqdır. Sebastyanı sevirəm, amma hazırda çempion olmaq istəyən daha bir uşaq var. Hazırda Fetteli seçmək üçün tezdir. Komanda səhv edir. Bu mövzunu fərqli vaxtlarda müzakirə etmək olar. Keçən il Montsa yarışında Arrivabene komanda əmri olmayacağını demişdi. Lakin orada Fettelin çempionluq şansı qalmışdı. Amma ilk yarışlarda kimin çempion olacağını demək olmaz. Fettel son yarışda özünü çətin vəziyyətə saldı. Əgər sürətli deyilsinizsə, rəqibi geri çəkmək doğru deyil. Təbii ki, hazırda işi çətindir. Çünki arxasında gənc sürücü var. Ferrari-yə bir çempionluq verməlidir. Buna isə Lyuisi məğlub edərək nail olmalıdır.

Lekler çox güclü sürücüdür. İki-üç il əvvəl Ferstappen barədə bu sözləri deyirdik. Amma Şarlın tərzi fərqlidir. Norris də ilk üç yarışda mənə təsir etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*