FOTA FİA-nın Ümumdünya Şurasına məktubla müraciət edib

Britaniyanın Times qəzeti FOTA-nın FİA-nın Ümumdünya Şurasına və federasiyanın Senatına ünvanlanmış məktubunun mətnini dərc edib, məktubda söhbət Maks Moslinin siyasətinin […]

Britaniyanın Times qəzeti FOTA-nın FİA-nın Ümumdünya Şurasına və federasiyanın Senatına ünvanlanmış məktubunun mətnini dərc edib, məktubda söhbət Maks Moslinin siyasətinin məntiqsizliyindən gedir. FOTA nümayəndələri qəzetin jurnalistinə bilidirblər ki, böyük şirkətlər heç vaxt büdcənin məhdudlaşdırılması nəticəsində müstəqilliklərini itirməyə razı olmayacaqlar. Moslinin adı məktubda qeyd olunmur, amma bir çoxları hesab edir ki, ACEA-nın bu gün yaydığı bəyanat kimi, komandaların mövqeyi də qarşıdakı FİA prezidenti seçkilərində vacib faktor olacaq…

“Uzun illərdir ki, idmana radikal qeyri-konstruktiv rəhbərlik həyata keçirilir. Reqlamentin daim dəyişdirilməsi məntiqsiz siyasətin davamı və nəticəsidir, sonda çempionatda sponsorlar və azarkeşlər arasında anlaşılmazlıqlar yaranıb. Bu vəziyyət komanda və təşkilatçıların biznesinə mənfi təsir edir.”

Mosliyə yaxın olan mənbələr bu məktubu ciddi qəbul etməyiblər, axı məhz Ümumdünya Şurası reqlamentə dəyişiklik və büdcənin məhdudlaşdırılmasına səs verib. Çempionatın kommersiya başçısı Berni Ekklstoun isə komandaları sakitləşməyə və vəziyyəti şişirtməməyə çağırıb…

Berni Ekklstoun: “Mən hamıdan xahiş edirəm ki, bir qədər sakitləşin, qəzet səhifələrində bir-birinizə böhtanlar yağdırmayın. Yalnız ağıllı və konstruktiv yanaşma ilə məsələni həll edə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*