Formula1 Azərbaycana gəlir!!!

Berni Ekklstoun və ölkəmizin rəsmi şəxsləri Bakıda Azərbaycan Qran Prisinin keçiriliməsi üzrə ilkin müqavilə imzalayıblar - bu barədə Daily Mail qəzeti məlumat yayıb. Qəzetin bildirdiyinə görə, ilk yarış 2015-ci və ya 2016-cı ildə baş tutacaq...

Berni Ekklstoun: “Biz Azərbaycana getməyə hazırlaşırıq. Onlar yarışı artıq 2015-ci ildə keçirmək istəyirlər. Bəlkə də bu çox tezdir, amma əgər mövsümün sonuna olarsa, mümkündür. Amma çox güman ki, 2016-cı ildə olacaq.”

Qəzetin bildirdiyinə görə, Azərbaycan Qran Prisi üçün yeni tras tikilməyəcək, yarış Bakı şəhərinin küçələrində təşkil olunacaq.

Deyilənlərə görə, müqavilənin bağlanmasına Flavio Briatore vasitəçilik edib – Bakıda kutyur-biznesini quran keçmiş Renault komandasının başçısı Berninin də diqqətini Avropa və Asiyanın sərhədində olan ölkəmizə yönəldib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*