13 Dekabr 2018, Cümə axşamı - 17:14

Force İndia: A.Sutil və P.di Resta?

Force İndia: A.Sutil və P.di Resta?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:35 - 04 Yanvar, 2011

Force İndia komandası yaxın günlərdə heyətini açıqlamalıdır: İsveçrənin Blick qəzetinin bildirdiyinə görə, komanda Almaniyanın elektronika istehsalçısı Medion şirkətinin sponsorluq etdiyi […]

Force İndia komandası yaxın günlərdə heyətini açıqlamalıdır: İsveçrənin Blick qəzetinin bildirdiyinə görə, komanda Almaniyanın elektronika istehsalçısı Medion şirkətinin sponsorluq etdiyi Adrian Sutillə müqaviləsini uzatmağa üstünlük verib.

Onun komanda yoldaşı isə keçən il nüfuzlu DTM kuzov çempionatının qalibi şotlandiyalı Pol di Resta olacaq, Vitantonio Liutsiyə isə 2 milyon dollarlıq kompensasiya ödəniləcək, çünki italiyalı sürücünün 2011-ci il üçün komanda ilə müqaviləsi var idi.

Bundan başqa, qəzetin yazdığına görə, Niko Hülkenberq komandanın ehtiyat sürücüsü olacaq və cümə günləri səhər sərbəst yürüşlərdə sükan arxasına oturacaq.

Villi Veber: “Mən istəyirdim ki, Niko McLaren komandasının üçüncü sürücüsü olsun. Amma komandanın başçısı Martin Uitmarş hetiyat elədi ki, bu addım censon Battona pis təsir edəcək və 2011-ci ildə kollektivdə harmoniyanı dağıda bilər.”

Blick-də yazılanlara inansaq, komanda bu günlərdə rəsmi bəyanat yaymalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər
Paylaş

logo