12 Noyabr 2019, Çərşənbə axşamı - 17:58

Force İndia komandası yeni VJM10-u təqdim edib

Force İndia komandası yeni VJM10-u təqdim edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:17 - 22 Fevral, 2017

Bu gün Silverstounda çəkiliş günü çərçivəsində Force İndia komandası qarşıdakı mövsüm üçün hazırladığı VJM10 maşınını jurnalistlər təqdim edib. Təqdimat mərasimi Britaniyanın Sky Sport kanalı vasitəsilə internetdə canlı yayımlanıb, komandanın bu gün yenilənmiş rəsmi saytı isə ziyarətçilərin axınına dözməyib.

F-1.az bildirir ki, maşının rəng çalarları dəyişməyib, amma yeni reqlamentin tələblərini komandanın mühəndisləri özünəməxsus aerodinamik elementlərlə reallaşdırıblar. Ona görə də yeni maşının xarici görünüşü heç də hamının xoşuna gəlməyib. Komandanın tarixində ən uğurlu mövsümdən sonra – komandaya Mühəndislər Kubokunda dördüncülüyü qazandıran mövsümdən sonra komanda onuncu mövsümünü nikbinliklə gözləyir.

Vicey Malya: “Yeni mövsüm ərəfəsində çox həyəcanlıyam. VJM10 çox aqressiv və qələbəyə köklənmiş görünür – bu, komandanın son 12 ayda gərgin işinin nəticəsidir. VJM10 üzərində işimiz bütün mövsüm davam edib, bir dəqiqə belə fasilə olmayıb. Bu maşına böyük ümidlər bağlayırıq…”

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 624
Teqlər , , ,
Paylaş

logo