B.Förnli: “Okonu seçmək asan olmadı”

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, Okon qərarını vermək onlar üçün asan olmayıb.

F-1.az xatırladır ki, Hülkenberq gələn il üçün Renault ilə müqavilə bağladıqdan sonra Force İndia sürücü axtarışlarına çıxmış və sonda Okon ilə müqavilə bağlamışdı. Qeyd edək ki, hindistanlılar eyni zamanda Paskal Verlyayn ilə də maraqlanırdılar.

Bob Förnli: “Çox çətin qərar oldu. İki sürücü də çox istedadlıdır. Amma biz Estebanı seçdik. Biz dəqiq bilirdik ki, sürücüdə hansı keyfiyyətləri axtarırıq. Force İndia-nın tələblərinə cavab vermək üçün anadangəlmə istedadı olmalıdır. Bu qərarı da Vicey Malya verdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*