İspaniya uik-endi ərəfəsində Ferrari komandası Fernando Alonso isə müqaviləsini 2016-cı ilin sonunadək uzadıb. İspaniyalı sürücü jurnalistlərə bildirib ki, karyerasını məhz Skuderiyada başa vurmağı düşünür. Jurnalistlər Felipe Massadan onun müqaviləsinin vəziyyəti ilə maraqlanıblar…
Felipe Massa: “Mən Alonsoya görə şadam. Ferrari-də çıxış etmək həmişə əladır və bu gün Fernando öz gələcəyini uzun müddətə təmin edib. Mənim müqaviləmə gəlincə, hələ danışıqlar üçün uyğun vaxt çatmayıb – hələlik mən gələcəyimin necə olmasını bilmirəm.”