FİA “Üç qitə” qaydasını ləğv edə bilər

FİA öz bayrağı altında keçirilən seriyaların dünya çempionatı statusu almaları üçün yarışların minimum 3 qitədə keçirilməsi tələbini aradan qaldıra bilər.

F-1.az xatırladır ki, yarış seriyalarının dünya çempionatı statusunu almaları üçün minimal yarış sayı ilə yanaşı, ən azı 3 qitədə keçirilməsi tələbi var. Lakin mövcud epidemoloji vəziyyətə görə indi hər şey fərqlidir – bir çox yarış ləğv edilib və ya təxirə salınıb. Lakin seriyalar öz statuslarını qoruyub saxlayacaqlar.

Maykl Masi: “Üç qitə” qaydası beynəlxalq idman kodeksində yazılıb, lakin FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası koronavirusa görə birillik istisna edə bilər. Bu, təkcə Formula1-ə yox, bütün seriyalara aiddir. Misli görünməmiş vəziyyətlə qarşı-qarşıyayıq, digər idman növləri kimi, biz də buna uyğunlaşmaq üçün bütün addımları atmağa hazırıq.

Ümid edirəm ki, yaxın gələcəkdə builki təqvimin davamını elan edə biləcəyik, lakin bunun nə vaxt olacağı barədə bir söz deyə bilmərəm. Pandemiya davam edir, xüsusilə də yarışlar keçirdiyimiz qitələrdə və ölkələrdə gniş yayılıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*