FİA-nın tibb işçiləri paddokda hazır olacaqlar

FİA-nın tibbi komissiyasının sədri Jerar Sayan əmindir ki, Melburndakı hal Şpilberqdə təkrarlanmayacaq.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi sərbəst yürüşlərə bir neçə saat qalmış McLaren komandasının əməkdaşlarından birində koronavirus aşkarlandığı üçün ləğv edilmişdi.

Jerar Sayan: “Biz indi Kovid-19 barədə daha çox məlumatlıyıq, buna görə də, vəziyyət Melburndakı ilə müqayisədə tamamilə fərqlidir. Nə edəcəyimizi bilirik və paddokda hətta 10 nəfərdə bu virus aşkarlanarsa, yenə də tibbi baxımdan bir problem olmayacaq və öhdəsindən gələcəyik.

Digər qarışımızda duran məsələ isə media ilə bağlıdır. Ümumiyyətlə, yarışın keçirilməsinin hansı mərhələdən sonra mümkün olmayacağını tapmaq lazımdır, lakin hazırda belə bir problem görünmür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*