15 Dekabr 2019, Bazar - 12:09

FİA gənc sürücülərin testləri reqlamentinə dəyişiklik edəcək

FİA gənc sürücülərin testləri reqlamentinə dəyişiklik edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:42 - 04 İyul, 2013

Biz artıq xəbər vermişdik ki, dörd maşının sol arxa təkərində partlayışın baş verdiyi Silverstoun yarışından sonra FİA baş vermiş problemin […]

Biz artıq xəbər vermişdik ki, dörd maşının sol arxa təkərində partlayışın baş verdiyi Silverstoun yarışından sonra FİA baş vermiş problemin həlli üçün Pirelli şirkətinə test keçirməyə icazə verib. Bu gün məlum olub ki, FİA iyulun ortalarına planlaşdırılan gənc sürücülərin testlərində də komandaların əsas sürücülərindən istifadə etməsinə etiraz etməyib…

Jan Todt, FİA-nın prezidenti: “Təhlükəsizlik – bizim Formula1-də ən ümdə məsələdir, Silverstounda baş verən insidentlər isə sürücülərin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.

Biz qərara almışıq ki, qarşıdakı gənc sürücülərin testləri reqlamentində də dəyişiklik edək – komandalara problemin həlli üçün zəruri hesab etdikləri sürücüləri testlərə çağırmağa icazə verilir. Mən hesab edirəm ki, problemlərin üzə çıxdığı trasda testlərin keçirilməsi daha doğrudur.”

Silverstounda iyulun 17-19-da keçirilməsi planlaşdırılan testlərdə komandalar son ildə iki Qran Pridən çox yarışan sürücünü işə cəlb edə biləcəklər – məhz reqlament bunu qadağan edirdi, amma testlərdə əsas məsələ Pirelli təkərləri ilə işləmək olacaq. Lazım olarsa, testlər daha bir gün uzadıla bilər – bu bir gündə komandalar gənc sürücülərlə işləyə bilərlər.

Testlərin formatının dəyişdirilməsinə baxmayaraq, Mercedes AMG komandası Beynəlxalq Tribunalın son qərarına əsasən testlərə qatılmayacaq.

FİA öz növbəsində Pirelli-dən zəmanət istəyib ki, Silverstounda baş verənlər bu həftə keçirilən Almaniya Qran Prisində, eləcə də növbəti yarışlarda təkrarlanmayacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər , ,
Paylaş

logo