Ferrari Santander-lə yenidən müqavilə bağlayıb

Ferrari komandası yenidən Santander Bank ilə tərəfdaşlığa başlayıb.

F-1.az xatırladır ki, tərəflər 2017-ci ilin sonunda yollarını ayırmışdılar.

Ferrari 2022-ci ildəki yeni idman reqlamentinə nəyi var hazırlaşır. Bundan başqa italyanlar yeni tərəfdaşlar da axtarırlar. Bu gün Santander Bankın yenidən Ferrari ilə anlaşdığı mətbuata bildirilib.

Santander ilk dəfə 2010-cu ildə Ferrari ilə müqavilə bağlamış və bu tərəfdaşlıq 2017-ci ilə qədər davam etmişdi.

Yeni müqaviləyə əsasən Santander-in loqotipləri yenidən Ferrari bolidlərinin üzərində, komninezonlarda və komandaların papaqlarında olacaq. İspaniyalı bank təkcə Formula1-də yox, Dünya Dözümlülük Çempionatında və hiper maşınların seriyasında “qırmızılar”a dəstək olacaq. Bu müqavilədən sonra Ferrari bolidlərində ağ rəngin artması gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*